Bakı. Trend:
Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərənfərdi sahibkarlar tərəfindən bu ilin yanvar-fevral aylarında 10,7milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə1,9 faiz az sənaye məhsulu istehsal edilib.
Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbərverir.
Məlumata görə, neft-qaz sektorunda məhsul istehsalı 3,2 faizazalmış, qeyri neft-qaz sektorunda isə 6,7 faiz artıb.
Sənaye məhsulunun 60,9 faizi mədənçıxarma sektorunda, 31,8 faiziemal sektorunda, 6,4 faizi elektrik enerjisi, qaz və buxaristehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə sutəchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsalolunub.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 6,2 faiz azalıb,əmtəəlik qaz hasilatı isə 0,1 faiz artıb.
Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı88,1 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı47,0 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 27,8faiz, maşın və avadanlıqların istehsalı 22,4 faiz, toxuculuqsənayesi məhsullarının istehsalı 21,8 faiz, əczaçılıq məhsullarınınistehsalı 21,4 faiz, neft məhsullarının istehsalı 15,6 faiz, kimyasənayesi məhsullarının istehsalı 11,4 faiz, qida məhsullarınınistehsalı 10,7 faiz, içkilərin istehsalı 5,4 faiz, elektrikavadanlıqlarının istehsalı 5,2 faiz artmış, rezin və plastik kütləməmulatlarının istehsalı 3,6 faiz, mebel istehsalı 5,7 faiz,metallurgiya sənayesi məhsullarının istehsalı 5,9 faiz, hazır metalməmulatlarının istehsalı 9,0 faiz, tikinti materiallarınınistehsalı 12,3 faiz, tütün məmulatlarının istehsalı 25,4 faiz,kağız və karton istehsalı 32,2 faiz, avtomobil, qoşqu vəyarımqoşquların istehsalı 35,1 faiz, geyim istehsalı 39,8 faiz,maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 41,5 faiz,poliqrafiya məhsullarının istehsalı isə 60,1 faiz azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi vətəchizatı sektorunda istehsalın həcmi 5,1 faiz, su təchizatı,tullantıların təmizlənməsi və emalı sektorunda isə 4,3 faizartıb.