AZ

Çin, Rusiya və İran sammit keçirəcək

Çin, Rusiya və İran İranın nüvə proqramı ilə bağlı üçtərəfli sammit keçirəcək.

News24.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin verdiyi açıqlamaya görə, İranın nüvə proqramı ilə bağlı iclas martın 14-də paytaxt Pekində keçiriləcək.

Çin xarici işlər nazirinin müavini Ma Caoşunun sədrliyi ilə keçiriləcək iclasda Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov və İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi iştirak edəcək.

Görüşdə tərəflər İranın nüvə proqramı və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.

Günel Məlikzadə

Seçilən
20
3
news24.az

5Mənbələr