Çin, Rusiya və İran Pekində İranın nüvə proqramı ilə bağlı zirvə toplantısı keçirəcək.
Publika.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyindən açıqlama verilib.
Martın 14-də keçiriləcək iclasa Çinin xarici işlər nazirinin müavini Ma Caosu sədrlik edəcək.
İclasda Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov və İranın xarici işlər nazirinin müavini Kazem Qəribabadi iştirak edəcək.