AZ

3 illik 2 şirkət nizamnamə kapitalını azaltdı

"Yasar-İndustry" MMC və "Green Pro" MMC nizamnamə kapitalını azaldıb. 

Valyuta.az xəbər verir ki, "Yasar-İndustry" MMC-nin nizamnamə kapitalı 200 manat məbləğindən 100 manata, "Green Pro" MMC-nin nizamnamə kapitalı isə 20 manat məbləğindən 10 manat məbləğinədək azaldılıb.

Qeyd edək ki, "Yasar-İndustry" MMC-nin qanuni təmsilçisi Məmmədov Pərviz Yaşar oğludur. Şirkət 2022-ci ilin iyul ayında dövlət qeydiyyatına alınıb. "Green Pro" MMC-nin qanuni təmsilçisi isə Kərimbəyli Kamran Nizami oğludur və şirkət 2022-ci ilin yanvar ayında dövlət qeydiyyatına alınıb. 

Sərvanə Rəmixanova

Seçilən
13
valyuta.az

1Mənbələr