"Yasar-İndustry" MMC və "Green Pro" MMC nizamnamə kapitalını azaldıb.
Valyuta.az xəbər verir ki, "Yasar-İndustry" MMC-nin nizamnamə kapitalı 200 manat məbləğindən 100 manata, "Green Pro" MMC-nin nizamnamə kapitalı isə 20 manat məbləğindən 10 manat məbləğinədək azaldılıb.
Qeyd edək ki, "Yasar-İndustry" MMC-nin qanuni təmsilçisi Məmmədov Pərviz Yaşar oğludur. Şirkət 2022-ci ilin iyul ayında dövlət qeydiyyatına alınıb. "Green Pro" MMC-nin qanuni təmsilçisi isə Kərimbəyli Kamran Nizami oğludur və şirkət 2022-ci ilin yanvar ayında dövlət qeydiyyatına alınıb.
Sərvanə Rəmixanova