AZ

İsrail 5000 kamikadze PUA almağa hazırlaşır

İsrail ordusu minlərlə pilotsuz uçan aparatı (PUA) almağa hazırlaşır.

Teleqraf xəbər verir ki, bu barədə “Haaretz” qəzeti məlumat yayıb.

İsrail Müdafiə Nazirliyi ordunun döyüş qabiliyyətini gücləndirmək məqsədilə 5 min ədəd FPV kamikadze PUA-nın alınması üçün tender elan edib.

İsrail ordusunun Qəzzaya hücumları səbəbindən beynəlxalq silah embarqolarına cavab olaraq tenderi qazanan şirkətdən yerli istehsal xətti yaratması tələb edilib.

Bildirilib ki, Kamikadze PUA-ları 10 kilometr uçuş məsafəsi, səkkiz dəqiqəlik uçuş müddəti və 2,5 kiloqram partlayıcı yük daşıma qabiliyyətinə malik olacaq.

Xəbərdə İsrail ordusunun daha əvvəl Qəzza zolağı, Livan və İordan çayının qərb sahilinə hücumlarında FVP kamikadze PUA-larından istifadə etdiyi qeyd edilib.

Seçilən
15
5
herbiand.az

6Mənbələr