İsrail ordusu 5 min kamikadze pilotsuz uçan aparat (PUA) almağa hazırlaşarkən, Qəzza zolağına hücumlar səbəbilə tətbiq edilən beynəlxalq silah embarqoları qarşısında yerli istehsal tenderdə nəzərdə tutulub.
"Cebheinfo.az" “Haaretz” qəzetinə istinadla xəbər verir ki, İsrail Müdafiə Nazirliyi ordunun döyüş qabiliyyətini gücləndirmək məqsədilə 5 min ədəd “FPV” kamikadze PUA-nın alınması üçün tender elan edib.
İsrail ordusunun Qəzzaya hücumları səbəbindən beynəlxalq silah embarqolarına cavab olaraq tenderi qazanan şirkətdən yerli istehsal xətti yaratması tələb olunub.
Nazirliyin ötən ay 5 min kamikadze PUA-nın alınması üçün tender elan etdiyi və indiyədək “Xtend”, “Dronix” və “Tehiru” da daxil olmaqla, 25 İsrail şirkətinin təkliflər təqdim etdiyi bildirilib.
Qeyd olunur ki, Kamikadze PUA-ları 10 kilometr uçuş məsafəsi, səkkiz dəqiqəlik uçuş müddəti və 2,5 kiloqram partlayıcı yük daşıma qabiliyyətinə malik olacaq.