AZ

Azərbaycan yığması bürünc qazanıb - FOTO

Xorvatiyanın Osijek şəhərində keçirilən güllə atıcılığı üzrə Avropa çempionatında Azərbaycan millisi növbəti uğura imza atıb.

İdman.biz xəbər verir ki, pnevmatik tapançadan 10 metr məsafəyə atəş açma üzrə kişilərin Trio komanda yarışında bürünc medal qazanıb.

Ruslan Lunev, Elvin Astanov və Vladislav Kalmıkovdan ibarət yığmamız 3-cü yer uğrunda görüşdə Almaniya atıcıları ilə mübarizə aparıblar. Təmsilçilərimiz 16:14 hesabı ilə qalib gələrək fəxri kürsüdə yer almağı bacarıblar.

Qeyd edək ki, Türkiyə yığması çempion tituluna sahib çıxıb. Çexiya komandası isə gümüşə sahib olub.

İdman.biz

Seçilən
11
3
idman.biz

10Mənbələr