AZ

Millimiz Avropa üçüncüsü oldu

style='margin-bottom:10px;'>

Xorvatiyanın Osijek şəhərində keçirilən güllə atıcılığı üzrə Avropa Çempionatında Azərbaycan millisi növbəti uğura imza atıb.

QOL.az xəbər verir ki, pnevmatik tapançadan 10 metr məsafəyə atəş açma üzrə kişilərin Trio komanda yarışında Ruslan Lunev, Elvin Astanov və Vladislav Kalmıkovdan ibarət yığmamız bürünc medal qazanıb.

Üçüncü yer uğrunda keçirilən həlledici qarşılaşmada millimiz Almaniya təmsilçilərinə 16:14 hesabı ilə qalib gələrək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. Çempionatın qalibi Türkiyə yığması, gümüş medalçısı isə Çexiya komandası olub.

Seçilən
2
3
teleqraf.com

10Mənbələr