“Yelo Bank”ın filialında müdir müştərini döyüb.
Paytaxt.org xəbər verir ki, bu barədə məlumatı tanınmış vəkil Aqil Layıc özünün feysbuk səhifəsində paylaşıb.
Vəkil qeyd edib ki, “Yelo Bank”ın filial müdiri Vüqar Xəlilov xidmətin gecikməsinə etiraz edən müştərini döyüb:
“Müdir əvvəlcə müştəriyə “bas bayıra” deyib. Sonra döyərək çənəsini sındırıb. Bu qədər qudurğan adamı hələ də filial müdiri kimi saxlayırsınız?”- deyə vəkil qeyd edib.
Aqil Layıc həmçinin Azərbaycan Respublikasının Mərkəzi Bankına sual ünvanlayaraq soruşub: “Belə şəxsin bank müdiri atestasiyası hələ qüvvədədir?”.