AZ

Azərbaycandan Gürcüstana elektrik enerjisi ixracı 46,9% azalıb

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycandan Gürcüstana 128,7 milyonkVt/saat həcmində elektrik enerjisi ixrac edilib.

Trend-inDövlət Statistika Komitəsinin açıqladığı məlumatlar əsasındaapardığı hesablamalara görə, bu miqdarda elektrik enerjisininixracından əldə olunan gəlir 7,3 milyon ABŞ dolları olub.

Gürcüstana elektrik enrjisi ixracı ötən ilin eyni dövrü iləmüqayisədə həcm ifadəsi ilə 113,6 milyon kVt/saat və ya 46,9%,dəyər ifadəsi ilə 5,3 milyon ABŞ dolları, yaxud da 41,8%azalıb.

Belə ki, ötən ilin ilk ayında Azərbaycandan Gürcüstana 242,3milyon kVt/saat həcmində, 12,6 milyon ABŞ dolları dəyərindəelektrik enerjisi ixrac edilib.

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycandan xaricə 140,9milyon kVt/saat elektrik enerjisi ixrac edilib. Bu miqdardaelektrik enerjisinin dəyəri 7,8 milyon ABŞ dolları olub. Bugöstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsi ilə354,2 milyon kVt/saat (3,5 dəfə), dəyər ifadəsi ilə 21 milyon ABŞdolları (3,7 dəfə) azalıb. 2024-cü ilin yanvarında Azərbaycandanixrac edilən elektrik enerjisinin həcmi 495 milyon kVt/saat, dəyəriisə 28,7 milyon ABŞ dolları olub.

Onu da bildirək ki, hesabat ayında Azərbaycandan Rusiyaya,Gürcüstana və İrana elektrik enerjisi ixrac edilib.

Seçilən
1
2
az.trend.az

3Mənbələr