Bakı. Trend:
Bu ilin yanvar ayında Azərbaycandan Rusiyaya 9,25 milyonkVt/saat həcmində elektrik enerjisi ixrac edilib.
Trend-inDövlət Statistika Komitəsinin açıqladığı məlumatlar əsasındaapardığı hesablamalara görə, bu miqdarda elektrik enerjisininixracından əldə olunan gəlir 354 min ABŞ dolları olub.
Rusiyaya elektrik enrjisi ixracı ötən ilin eyni dövrü iləmüqayisədə həcm ifadəsi ilə 250 min kVt/saat və ya 2,8%, dəyərifadəsi ilə 45 min ABŞ dolları, yaxud da 14,6% artıb.
Belə ki, ötən ilin ilk ayında Azərbaycandan Rusiyaya 9 milyonkVt/saat həcmində, 309 milyon ABŞ dolları dəyərində elektrikenerjisi ixrac edilib.
Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycandan xaricə 140,9milyon kVt/saat elektrik enerjisi ixrac edilib. Bu miqdardaelektrik enerjisinin dəyəri 7,8 milyon ABŞ dolları olub. Bugöstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsi ilə354,2 milyon kVt/saat (3,5 dəfə), dəyər ifadəsi ilə 21 milyon ABŞdolları (3,7 dəfə) azalıb. 2024-cü ilin yanvarında Azərbaycandanixrac edilən elektrik enerjisinin həcmi 495 milyon kVt/saat, dəyəriisə 28,7 milyon ABŞ dolları olub.
Onu da bildirək ki, hesabat ayında Azərbaycandan Rusiyaya,Gürcüstana və İrana elektrik enerjisi ixrac edilib.