AZ

“COP29 bəzi Qərb medialarında kampaniyalarla müşayiət olundu” – Əliyev

Bakıda keçirilən COP29 “Bakı sıçrayışı” kimi adlandırıldı və bu da orada qalan bir irsdir.

KONKRET.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında deyib.

“Əfsuslar olsun, deməliyəm ki, bu qlobal beynəlxalq tədbir bəzi Qərb medialarında kampaniyalarla müşayiət olundu”, – deyən dövlətimizin başçısı bunun bir sıra mərkəzlərdən gördüyümüzü bildirib. Bunlar arasında ABŞ-ın Dövlət Departamentinin, saxta xəbərlər yayan “Vaşinqton Post”, “Nyu York Times”, “Nyus Vik”, “Politiko”, “Assoşayted Press”in, Fransanın Prezident ofisinin, “Lö Fiqaro” və “Lö Monde” qəzetlərinin olduğunu vurğulayıb.

Seçilən
27
36
konkret.az

10Mənbələr