"Bakıda keçirilən COP29 "Bakı sıçrayışı" kimi adlandırıldı və bu da orada qalan bir irsdir".
"Əfsuslar olsun, deməliyəm ki, bu qlobal beynəlxalq tədbir bəzi Qərb medialarında kampaniyalarla müşayiət olundu", - deyən dövlətimizin başçısı bunun bir sıra mərkəzlərdən gördüyümüzü bildirib. Bunlar arasında ABŞ-ın Dövlət Departamentinin, saxta xəbərlər yayan "Washington Post", "New York Times", "News Week", "Politico", "Associated Press"in, Fransanın Prezident ofisinin, "Le Figaro" və "Le Monde" qəzetlərinin olduğunu vurğulayıb.