Demokrat.az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Haiti və Belarusla keçiriləcək yoldaşlıq oyunları öncəsi mətbuat konfransında deyib.
Portuqaliyalı mütəxəssis özünün və köməkçilərinin tez-tez I Liqa oyunlarını izlədiklərini bildirib: "Orada yaxşı futbolçular var. Diqqətimi çəkənlər olub. Amma bunu da bilmək lazımdır ki, bura Azərbaycan millisidir. Gələcəkdə fərqli seçimlər edəcəyik. Yeni gələnlər yığmada olan ab-havanı görməlidir. Biz də bəyəndiyimiz oyunçuları millinin toplanışına dəvət edirik. Yaşından asılı olmayaraq, yaxşı çıxış edən futbolçulara milli komandanın qapısı hər zaman açıqdır. Ümid edirəm ki, milliyə çağırılan adlar komandaya fayda verəcəklər".
F.Santuş Haiti millisinin yaxşı komanda olduğunu söyləyib: "Mən AFFA-ya iki yoxlama oyunu keçirmək istədiyimi bildirdim. Onlar da uyğun rəqibləri bizim üçün seçdilər. Haiti seçməsinə
ciddi yanaşırıq. Yaxşı futbol nümayiş etdirirlər".
Baş məşqçi Azərbaycan çempionatında legioner limitinin ləğvi və komanda sayının artırılması məsələsinə də toxunub: "Bunun faydasını gələcəkdə görəcəyik. Əlbəttə ki, komanda sayının çox olması sevindirici haldır".
6Mənbələr
-
demokrat.azSantuş: Azərbaycan I Liqasında yaxşı futbolçular var ( 16010441)
-
milli.azSantuş: Azərbaycan I Liqasında yaxşı futbolçular var ( 16010051)
-
idmanxeber.az“Gələcəkdə fərqli seçimlər edəcəyik” – Fernandu Santuş ( 16009819)
-
xezerxeber.azFernandu Santuş: Azərbaycan I Liqasında yaxşı futbolçular var ( 16009717)
-
azertag.azFernandu Santuş: Azərbaycan I Liqasında yaxşı futbolçular var ( 16009605)
-
msport.az“Haiti seçməsinə ciddi yanaşırıq” – Fernandu Santuş ( 16009509)