2025-cü ilin yanvar ayında Azərbaycandan İtaliyaya 457 milyon 532 min dollar həcmində 891 milyon 323 min kub metr təbii qaz ixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, təbii qaz ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 100 milyon 162 min dollar və ya 28%, həcm ifadəsilə isə 190 milyon 813 min kub metr, başqa sözlə 27,2% artıb.
Qeyd edək ki, 2024-cü il ilk ayı ərzində Azərbaycandan bu ölkəyə 357 milyon 370 min dollar dəyərində 700 milyon 510 min kub metr təbii qaz ixrac olunmuşdu.
Ötən ilin ilk ayının nəticələrinə görə Azərbaycanın İtaliyaya ixrac etdiyi təbii qazın 1 kub metrinin orta ixrac qiyməti 87 qəpik təşkil edib. 2024-cü ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyişməyib.