AZ

Azərbaycan Türkiyəyə qaz ixracını 5,5 dəfə artırıb - KUB METRİNİ İSƏ İLLİK 21% UCUZ SATIB

2025-cü ilin yanvar ayında Azərbaycandan Türkiyəyə 253 milyon 295 min dollar həcmində 875 milyon 811 min kub metr təbii qaz ixrac edilib.

FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, təbii qaz ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 717 milyon 715 min dollar və ya 5,5 dəfə, həcm ifadəsilə isə 195 milyon 143 min kub metr, başqa sözlə 4,4 dəfə artıb.

Qeyd edək ki, 2024-cü il ilk ayı ərzində Azərbaycandan bu ölkəyə 58 milyon 152 min dollar dəyərində 158 milyon 97 min kub metr təbii qaz ixrac olunmuşdu.

Ötən ilin ilk ayının nəticələrinə görə  Azərbaycanın Türkiyəyə ixrac etdiyi təbii qazın 1 kub metrinin orta ixrac qiyməti 49 qəpik təşkil edib. 2024-cü ilin eyni dövrü ilə müqayisədə bu göstərici 13 qəpik (21,4%) azalma deməkdir.

Ötən ilin müvafiq dövründə isə Türkiyəyə ixrac edilmiş kub metrinin orta ixrac qiyməti 63 qəpiyə bərabər olub.

Seçilən
17
3
fed.az

4Mənbələr