AZ

"Yeni Klinika" əməkdaşlarının maaşları verilmir

"Yeni Klinika"nın əməkdaşları maaşlarının gecikməsindən şikayətçidirlər.

Axar.az xəbər verir ki, bununla bağlı Oxu.az-a şikayət daxil olub.

Qeyd olunub ki, maaşların gecikməsinin səbəbi və nə vaxt veriləcəyi ilə bağlı işçilərə heç bir məlumat verilmir.

"Mart ayı olmasına baxmayaraq, hələ də fevral ayı üçün əmək haqqını almamışıq. Maaşlarımızın ödənişi qeyri-müəyyən vaxta qədər uzadılıb. Bu isə kredit ödənişlərimizin gecikməsinə, üstünə faiz hesablanmasına səbəb olur".

"Yeni Klinika"nın Mətbuat Xidmətinin rəhbəri Nuridə Allahyarova sözügedən mövzu ilə bağlı sorğunu cavabsız qoyub.

Seçilən
8
7
axar.az

9Mənbələr