AZ

Yeni Klinika əməkdaşlarının maaşları verilmir

Yeni Klinikanın əməkdaşları maaşlarının gecikməsindən şikayətçidirlər.

Sitat.info xəbər verir ki, bununla bağlı Oxu.az-a şikayət daxil olub.

Qeyd olunub ki, maaşların gecikməsinin səbəbi və nə vaxt veriləcəyi ilə bağlı işçilərə heç bir məlumat verilmir.

"Mart ayı olmasına baxmayaraq, hələ də fevral ayı üçün əmək haqqını almamışıq. Maaşlarımızın ödənişi qeyri-müəyyən vaxta qədər uzadılıb. Bu isə kredit ödənişlərimizin gecikməsinə, üstünə faiz hesablanmasına səbəb olur", - şikayətdə bildirilib.

Yeni Klinikanın mətbuat xidməti mövzu ilə bağlı sorğunu cavablandırmayıb.

Seçilən
9
3
sitat.info

2Mənbələr