AZ

“AzerGold” QSC-də qeyri-filiz faydalı qazıntı yataqları ilə bağlı növbəti seminar keçirilib (FOTO)

Bakı. Trend:

“AzerGold” QSC-də ölkə ərazisində qeyri-filiz faydalı qazıntıyataqlarından istifadə sahəsində idarəetmənin təkmilləşdirilməsiilə bağlı aidiyyəti dövlət qurumları və sahibkarlıq subyektlərininiştirakı ilə növbəti seminar keçirilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevinqeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsindəidarəetmənin təkmilləşdirilməsi haqqında 23 dekabr 2024-cü iltarixli Sərəncamına uyğun olaraq təşkil edilmiş seminarda mövcudvəziyyətin öyrənilməsi məqsədilə aparılmış araşdırma, sahəsəfərləri, sorğu və təhlillərin nəticələrinə əsasən hazırlanmışilkin təkliflər toplusu təqdim edilib. “AzerGold” QSC-nin prosesəcəlb etdiyi beynəlxalq nüfuzlu “Boston Consulting Group” məsləhətçişirkəti tərəfindən hazırlanan təqdimatda qeyri-filiz faydalıqazıntı yataqlarından istifadə sahəsində mövcud vəziyyət, mütərəqqibeynəlxalq təcrübə və standartlar əsasında idarəetmənintəkmiləşdirilməsi və bazar iştirakçılarının qarşılaşdıqlarıproblemlərin həlli ilə bağlı təkliflər müzakirəyə çıxarılıb.

Bildirilib ki, təkliflərin hazırlanması bu istiqamət üzrəsəmərəliliyin və şəffaflığın artırılması, nəzarət mexanizmlərinintəkmilləşdirilməsi, yerli istehsalatın dünya bazarınınçağırışlarına uyğunlaşdırılması, innovativ yanaşmaların tətbiqi iləfəaliyyətin ekoloji norma və standartlar və beynəlxalq tələblərəsasında təşkil edilməsi, bazar iştirakçılarının fəaliyyəti üçünəlverişli şəraitin təmin edilməsi, yeni iş yerlərinin yaradılmasıilə ölkənin sosial-iqtisadi inkişafına töhfələrin verilməsinəxidmət edir. Daha sonra maraqlı tərəflərin çıxışları dinlənilib,geniş fikir mübadiləsi aparılıb. Müzakirələrin nəticəsindətənzimləyici qurumların və qeyri-filiz faydalı qazıntı yataqlarınınistismarı üzrə ixtisaslaşmış şirkətlərin qarşıdakı 1 həftə ərzindətəkliflərlə bağlı rəylərinin yazılı formada təqdim etməsirazılaşdırılıb.

Xatırladaq ki, “Azərbaycan Respublikasında qeyri-filiz faydalıqazıntı yataqlarından istifadə sahəsində idarəetmənintəkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin2024-cü il 23 dekabr tarixli Sərəncamına əsasən, “AzerGold” QSCqeyri-filiz faydalı qazıntı yataqlarının istismarı sahəsində mövcudvəziyyətin təhlil edilməsi, müvafiq bazarın öyrənilməsi vəaparılacaq təhlillərin nəticəsindən asılı olaraq bu sahədəidarəetmənin təkmilləşdirilməsi ilə bağlı təkliflərini dörd aymüddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinətəqdim etməldir.

Eyni zamanda Cəmiyyət beynəlxalq standartlar nəzərə alınmaqla,qeyri-filiz faydalı qazıntı yataqlarının öyrənilməsi, tədqiqi,kəşfiyyatı, işlənməsi və istismarı sahəsində milli standartlarıntəkmilləşdirilməsi üçün təkliflərini altı ay müddətində hazırlayıbAzərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməli, buSərəncamdan irəli gələn digər məsələlərin həlli üçün zəruritədbirlər görməlidir.

“AzerGold”
“AzerGold”
“AzerGold”
“AzerGold”
Seçilən
0
26
az.trend.az

10Mənbələr