AZ

Suriyada Milli Təhlükəsizlik Şurası yaradılır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Suriyanın müvəqqəti prezidenti Əhməd əş-Şaraa ölkənin Milli Təhlükəsizlik Şurasının yaradılması haqqında fərman verib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə SANA agentliyi məlumat yayıb.
"Milli Təhlükəsizlik Şurası respublika prezidentinin sədrliyi ilə yaradılır. Onun məqsədi təhlükəsizlik və siyasi məsələlərin koordinasiyası və idarə edilməsidir", - deyə fərmanda bildirilib.
Şuraya xarici işlər, müdafiə, daxili işlər nazirləri və ölkənin kəşfiyyat idarəsinin rəhbəri daxil olacaq. Bundan əlavə, şuranın iki məsləhətçi üzvü və Şaraa tərəfindən təyin edilmiş texniki eksperti olacaq.
"Milli təhlükəsizlik və dövlətin qarşısında duran çağırışlarla bağlı qərarlar şuranın üzvləri ilə məsləhətləşmələr əsasında qəbul ediləcək", - deyə fərmanda qeyd edilib.
Görüşlər periodik olaraq və ya prezidentin qərarı ilə keçiriləcək.
Seçilən
23
47
oxu.az

10Mənbələr