1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Biz konstruktiv dialoqa başlamalı, vədlərimizi əməllərə çevirməliyik. Deyilənlər əməldə əksini tapmır. Məsələn, BMT Təhlükəsizlik Şurasının (TŞ) qətnamələri mütləq qüvvəyə malikdir. Lakin bəzi ölkələr bu qətnamələri seçim əsasında tətbiq edirlər, TŞ-nin beş daimi üzvü isə buna ikili standartlarla yanaşır".
Oxu.Az xəbər verir ki, bunu XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Geosiyasi Dəyişmələr: Məsuliyyətli Tərəfdaşlıq Rəqabətə qarşı" mövzusunda paneldə Çin Hökumətinin Avropa məsələləri üzrə sabiq xüsusi nümayəndəsi Vu Honqbo deyib.
O vurğulayıb ki, bəzi ölkələr TŞ-nin veto hüququndan müəyyən hallarda sui-istifadə edirlər:
"Biz BMT sistemini düzəltməliyik, tarixi ədaləti bərpa etməliyik, xüsusilə Afrika ölkələrinə, inkişaf edən ölkələrə qarşı. Bunu BMT səviyyəsində etməliyik. Çin və ABŞ dost ola bilərlər".
Məhərrəm Əliyev