AZ

Masallıda 10 kiloqram marixuana və heroin tutulub

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı növbəti əməliyyat tədbiri keçirilib. 

DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, tədbirlərlə 37 yaşlı Ceyhun Əliyev saxlanılıb. Ondan ümumilikdə 10 kiloqram marixuana və heroin aşkarlanaraq götürülüb. 

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar aparılır.

P.ƏMİRCANOV

XQ

Seçilən
0
7
xalqqazeti.az

10Mənbələr