AZ

Masallıda polisin keçirdiyi əməliyyat zamanı 10 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Masallı, 13 mart, AZƏRTAC

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı növbəti əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tədbirlərlə 37 yaşlı Ceyhun Əliyev saxlanılıb. Ondan ümumilikdə 10 kiloqram marixuana və heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar aparılır.

Seçilən
0
7
azertag.az

10Mənbələr