AZ

Ceyhun Bayramov suriyalı həmkarı ilə danışacaq

Yaxın zamanlarda Azərbaycan və Suriya xarici işlər nazirləri arasında telefon danışığı olacaq.

"Cebheinfo.az" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov martın 13-də XII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, Suriyadakı Azərbaycan səfirliyi 12 illik fasilədən sonra fəaliyyətini bərpa edib:

"Daha sonra Əsəd rejiminin qeyri-dost addımları nəticəsində dayandırıldı. Ancaq rejim devrildikdən sonra iki ölkə arasında münasibətlərin bərpası istiqamətində addım atıldı. Artıq bu ölkəyə ilk humanitar yardımı da göstərmişik".

C.Bayramov vurğulayıb ki, Azərbaycan Suriyanın bərpasına əlindən gələn dəstəyi göstərəcək. 

XİN başçısı həmçinin son Azərbaycan vətəndaşı ölkəyə qaytarılanadək Suriyadan repatriasiya prosesinin davam etdiriləcəyini açıqlayıb. 

"Cebheinfo.az" 

Seçilən
4
7
cebheinfo.az

9Mənbələr