AZ

Ceyhun Bayramov: "Azərbaycan Suriyanın bərpasına əlindən gələn dəstəyi göstərəcək"

"Yaxın zamanlarda Azərbaycan və Suriya xarici işlər nazirləri arasında telefon danışığı olacaq".

Oxu.Az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov XII Qlobal Bakı Forumunda jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Suriyada Azərbaycan səfirliyi 12 illik fasilədən sonra fəaliyyətini bərpa etdi:

"Daha sonra Əsəd rejiminin qeyri-dost addımları səbəbi ilə fəaliyyəti dayandırıldı. Rejim devrildikdən sonra isə münasibətlərin bərpası istiqamətində addım atıldı. Artıq ilk humanitar yardımı da göstərmişik.

Azərbaycan Suriyanın bərpasına əlindən gələn dəstəyi göstərəcək".

Məhərrəm Əliyev

Mənbə: oxu.az

Seçilən
1
7
oxu.az

9Mənbələr