Sea Breeze

Azərbaycanın kənd təsərrüfatı sektorunun inkişafına töhfə vermək məqsədilə yaradılan və ölkənin aqrar sektorunun ən iri şirkətlərini birləşdirən “Aqrar Məşvərət Şurası” İctimai Birliyinin 14-cü görüşü keçirildi. Tədbir Prime Cotton-un təşkilatçılığı və Şura üzvlərinin geniş iştirakı ilə baş tutdu.

Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov Şuranın gələcək fəaliyyət istiqamətləri, dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində qurumdan gözləntilər və aqrar sahə ilə bağlı dövlət layihələri barədə ətraflı məlumat verdi.

Daha sonra tədbir çərçivəsində Birliyin yeni sədri Agro Dairy MMC-nin İcraçı Direktoru Niyazi Əmirbəyov çıxış edərək “Aqrar Məşvərət Şurası”-nin gələcək fəaliyyəti ilə bağlı fikirlərini bildirdi.

“Pambıq və İplik: Azərbaycan iqtisadiyyatının inkişafına töhfə və fermerlərin rifahının yaxşılaşdırılması” sessiyasında Prime Cotton-un Baş İcraçı Direktoru Rövşən Mahmudov “Azərbaycanda Pambıq Sənayesi: Çağırışlar, imkanlar və həllər” mövzusunda təqdimat keçirdi. Ardınca Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Seymur Səfərli “2024-cü ilin Pambıqçılıq Təcrübəsi: 2025-ci ildə görüləcək işlər və perspektivlər” mövzusunda çıxış etdi.

Tədbirin sonunda iştirakçılar pambıqçılıq sektorunun inkişafı ilə bağlı aktual məsələləri müzakirə edərək, gələcək üçün vacib təşəbbüsləri nəzərdən keçirdilər.

Yığıncaqda müşahidəçi qismində Prime Cotton MMC-nin ana şirkəti GP Cotton və Azərbaycan Tekstil Assosiasiyasının rəhbərliyi də iştirak edirdi.

Prime Cotton aqrar sektorun inkişafı və pambıqçılıq sahəsinin güclənməsi istiqamətində dəstəyini davam etdirməyə sadiqdir.

ETX
ETX
ETX