Bakı. Trend:
Dövlətin sahibkarlara təqdim etdiyi dəstək mexanizmləri, busahədə yeniliklər və biznesə başlamaq üçün mövcud imkanlar barədəbu dəfə Ağdaş rayonunda fəaliyyət göstərən sahibkarlarməlumatlandırılıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin(KOBİA) təşkilatçılığı, Ağdaş Rayon İcra Hakimiyyətinin dəstəyi iləkeçirilmiş görüşdə kənd təsərrüfatı, heyvandarlıq, qida, mebelistesalı və inşaat sektorlarında fəaliyyət göstərən 80-ə yaxınsahibkar iştirak edib.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Ağdaş Rayon İcraHakimiyyətinin başçısı Orxan Hüseynzadə və regionda sahibkarlaradəstək və xidmət göstərən müvafiq qurumların nümayəndələrininiştirakı ilə təşkil olunmuş görüşdə sahibkarlıq fəaliyyəti üçünmaliyyə resursları, dövlətin güzəştli kreditləri, torpaqtəyinatının dəyişdirilməsi, mühəndis-kommunikasiya xətlərinəqoşulma, yeni bizneslərin yaradılması və bu sahədə rayonunimkanları, sahibkarların məhsul və xidmətlərinin satışına dəstəkistiqamətlərində müzakirələr aparılıb. Görüşdə KOBİA tərəfindənbiznesə başlamaq və sahibkarlıq fəaliyyətini genişləndirmək üçündövlətin dəstək alətləri, bu sahədə yeniliklər, o cümlədənAgentliyin göstərdiyi dəstək və xidmətlər barədə məlumatverilib.
Sonra görüşdə iştirak edən sahibkarların fikir və təklifləridinlənilib, sualları cavablandırılıb. Sahibkarlar, xüsusilə dədövlətin biznesin inkişafı üçün mövcud dəstək alətlərindənyararlanmış KOB subyektləri bu mexanizmlərin önəmini vurğulayaraq,dəstək proqramları və təşviqlərin iş adamlarının fəaliyyətininmüasir çağırışlara uyğunlaşdırılması, bazarlara çıxış imkanlarınıngenişləndirilməsi üçün əhəmiyyətli olduğunu qeyd ediblər.
Ağdaş rayonuna səfər çərçivəsində KOBİA nümayəndələri “İN-VİTRO”MMC-nin tingçilik, “Orelay”ın şokolad və “AKS” MMC-nin PVC profilistehsalı müəssisələrində olub və sahibkarlıq subyektlərininfəaliyyəti ilə tanış olublar. Bir sıra dövlət dəstəyi alətlərdənyararlanmış sahibkarlar ilə biznesin inkişaf ehtiyaclarına vəgələcək planlarına dair fikir mübadiləsi aparılıb.