AZ

Mikel Arteta: “Real”ı keçə bilərik”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta Çempionlar Liqasının 1/4 final mərhələsinə vəsiqə qazanmalarını şərh edib.

Msport.az xəbər verir ki, ispaniyalı mütəxəssis növbəti raundda da uğurlu çıxış edəcəklərinə inanır.

O, “Real” önündə şanslarını dəyərləndirib: “Real”ı məğlub edə bilərikmi? Bu, çox çətindir, amma bacara bilərik. Ardıcıl ikinci mövsümdür Çempionlar Liqasının 1/4 finalına çıxırıq. Bu, asan nailiyyət deyil. Qalib gəlmək istəyirik, çünki klubun buna ehtiyacı var. Biz dünyanın ən yaxşıları ilə rəqabət aparmaq istəyən klubuq. Bunu etmək üçün daim 1/4 finalda olmaq lazımdır”.

Qeyd edək ki, 1/4 finalın ilk oyunları aprelin 8-9-da, cavab matçları isə bir həftə sonra keçiriləcək.

Seçilən
11
2
msport.az

3Mənbələr