AZ

Mikel Arteta: “Real”ı keçə bilərik”

style='margin-bottom:10px;'>

“Arsenal”ın baş məşqçisi Mikel Arteta Çempionlar Liqasının 1/4 final mərhələsinə vəsiqə qazanmalarını şərh edib.

QOL.az xəbər verir ki, ispaniyalı mütəxəssis növbəti mərhələdə qarşılaşacaqları “Real”la mübarizələrini də dəyərləndirib:

“Real”ı məğlub edə bilərikmi? Bu, çox çətindir, amma bacara bilərik. Ardıcıl ikinci mövsümdür Çempionlar Liqasının 1/4 finalına çıxırıq. Bu, asan nailiyyət deyil. Qalib gəlmək istəyirik, çünki klubun buna ehtiyacı var. Biz dünyanın ən yaxşıları ilə rəqabət aparmaq istəyən klubuq".

Qeyd edək ki, 1/4 finalın ilk oyunları aprelin 8-9-da, cavab matçları isə bir həftə sonra keçiriləcək.

Seçilən
4
2
teleqraf.com

3Mənbələr