AZ

Haluk Bayraktara müdafiə sənayesi üzrə fəaliyyətə başlaması üçün xüsusi lisenziya verilib

“Baykar” şirkətinin baş direktoru Haluk Bayraktara müdafiə sənayesi üzrə fəaliyyətə başlaması üçün xüsusi lisenziya verilib

Müdafiə sənayesi naziri Vüqar Mustafayev Azərbaycanda işgüzar səfərdə olan Türkiyənin “Baykar” şirkətinin baş direktoru Haluk Bayraktar ilə görüşüb.

Bu barədə Operativ Media-ya  Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, nazir şirkət rəhbərini Azərbaycanda görməkdən məmnunluğunu ifadə edərək, ölkələr arasında digər sahələrdə olduğu kimi müdafiə sənayesi sahəsində də əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırıb.

Görüş zamanı Azərbaycanın müdafiə sənayesi sahəsinin inkişaf etdirilməsi baxımından “Baykar” şirkəti ilə mövcud əməkdaşlığın daha da genişləndirilməsi və qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Sonda V. Mustafayev “Bayraktar Teknoloji Azerbaycan” şirkətinin Azərbaycanda müdafiə sənayesi sahəsində fəaliyyətə başlaması üçün xüsusi lisenziyanı H.Bayraktara təqdim edib.

Seçilən
16
5
operativmedia.az

6Mənbələr