AZ

Fazil Qasımova hökm oxundu

Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən Fazil Qasımov və onunla birlikdə ittiham olunan Anar Əliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi yekunlaşıb.

“İki sahil” xəbər verir ki,  Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Fazil Qasımov 9 il, Anar Əliyev isə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Seçilən
14
5
ikisahil.az

10Mənbələr