İqtisadçı Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə tutularaq ölkəyə gətirilən Fazil Qasımov və eyni cinayətə görə onunla mühakimə edilən Anar Əliyevin məhkəmə araşdırması başa çatıb.
KONKRET.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Hökmə əsasən Fazil Qasımov 9 il, Anar Əliyev 5 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Fazil Qasımov və Anar Məmmədli Daxili İşlər Nazirliyi (DİN) tərəfindən cinayət məsuliyyətinə cəlb edilmişdilər.//“Qafqazinfo”