AZ

Hikmət Rəhimov: "O xanım, stul görüb, çaşıb bir az..." - İDDİA

"Azərbaycan respublikasının mədəniyyətinə heç bir aidiyyatı olmayan Günay mənlə nəyinsə ədavətini aparır, bilmirəm, amma deyim ki, onun başı üçün olan bir şey deyil bu. Sadəcə, stul görüb, çaşıb bir az..."

Kulis.az xəbər verir ki, bu sözləri aktyor Hikmət Rəhimov feysbukda - Mədəniyyət naziri Adil Kərimliyəünvanladığı məktubda qeyd edib.

​​Onun sözlərinə görə, nazirliyin əməkdaşı Günay Rəhimova aktyorla ədavət aparır:

"Əziz və dəyərli Adil müəllim!

Yadınızdadırsa, sizin ilə görüşdə demişdim ki, nə qədər burdasınız, sizin rəhbərlik etdiyiniz qurum ilə bağlı fikir bildirmək istəmirəm. Amma və lakin təyin etdiyiniz bəzi adamlar nəinki işini görə bilir ,hətta ədavət aparır. Yəqin ki, bu yazı ilə bağlı sizə məlumat çatacaq və istəməzdim məndən buna görə inciyəsinisiz.

Keçək mətləbə.

Sizin bir əməkdaş var kino şöbədə. Günay Rəhimova. Bu adam barəsində tədbir görsəniz, yaxşı olar, məncə. Səbəbini aşağıda qeyd edəcəm. Bu adam kimdir? Bunun kinoya nə aidiyyatı var axı? 125 yaşı olan Azərbaycan kinosunda niyə belə bir adam söz sahibi olmalıdır?"

Aktyor qeyd edib ki, nazirliyin əməkdaşı onun kino ilə bağlı tədbirdə iştirakına mane olub:

"Mən sizin quruma indiyə qədər heç bir məsələ ilə bağlı müraciət eləməmişəm. Nə pul istəmişəm, nə fəxri ad istəmişəm... Ümumiyyətlə, bir nəfər deyə bilməz ki, Hikmət gəlmişdi, nəsə istəyirdi bizlərdən. Mən təkbaşına - Allahın ətəyindən yapışıb bu yolu gedirəm. Mən şəxsən bu ölkənin mədəniyyətinə sizin qurumda çalışan adamlardan daha çox xidmət edirəm. Bunu isbat eləməyə hazıram. Mart ayının 10-da Heydər Əliyev mərkəzində baş tutan kino ilə bağlı tədbirə dəvət olunmuşam, bu adam deyib ki, Hikmət orda olmalı deyil. Mənim onunla ədavətim var. Bu məsələni də sübut eləməyə hazıram.

Onu qeyd edim ki, mən, ümumiyyətlə, elə tədbirlərə gedən adam deyiləm. Elə yerlərə getmək, boş-boş danışıqlara qulaq asmaq, zənnimcə, vaxt itkisidir. Sadəcə, əməkdaşınıza deyin ki, onlardan əvvəlkilər əlli-ayaqli getdilər, bunlardan sonrakıları belə tarix "fuflo" kimi xatırlayacaq. Çünki o binada Azərbaycan kinosu heç kimə maraqlı deyil. O xanımdır, bir zəhmət, ona deyin, getsin, tayını tapsın, ədavətini onlarla aparsın.

Əziz Adil müəllim, həqiqətən, insan kimi mənim üçün dəyərlisiniz və mənə etdiyiniz köməkliyi unutsam, nadan olaram. Amma sizdən xahiş və tələb edirəm, bunlar nə qədər sizi pis vəziyyətdə qoymayıblar, yola salın...getsinlər. Bu adamların Azərbaycan kinosu ilə yaxından və uzaqdan heç bir əlaqəsi yoxdur..."

Seçilən
5
6
kulis.az

7Mənbələr