Aktyor Hikmət Rəhimov feysbukda - Mədəniyyət naziri Adil Kərimliyə məktubda ünvanlayıb.
Bizim.Media xəbər verir ki, aktyor iddia edib ki, nazirliyin əməkdaşı Günay Rəhimova onunla ədavət aparır:
"Əziz və dəyərli Adil müəllim!
Yadınızdadırsa, sizin ilə görüşdə demişdim ki, nə qədər burdasınız, sizin rəhbərlik etdiyiniz qurum ilə bağlı fikir bildirmək istəmirəm. Amma və lakin təyin etdiyiniz bəzi adamlar nəinki işini görə bilir ,hətta ədavət aparır. Yəqin ki, bu yazı ilə bağlı sizə məlumat çatacaq və istəməzdim ki, məndən buna görə inciyəsinisiz.
Keçək mətləbə. Sizin bir əməkdaş var kino şöbədə. Günay Rəhimova. Bu adam barəsində tədbir görsəniz, yaxşı olar, məncə. Səbəbini aşağıda qeyd edəcəm. Bu adam kimdir? Bunun kinoya nə aidiyyatı var axı? 125 yaşı olan Azərbaycan kinosunda niyə belə bir adam söz sahibi olmalıdır?"
"Mən sizin quruma indiyə qədər heç bir məsələ ilə bağlı müraciət eləməmişəm. Nə pul istəmişəm, nə fəxri ad istəmişəm... Ümumiyyətlə, bir nəfər deyə bilməz ki, Hikmət gəlmişdi, nəsə istəyirdi bizlərdən. Mən təkbaşına - Allahın ətəyindən yapışıb bu yolu gedirəm. Mən şəxsən bu ölkənin mədəniyyətinə sizin qurumda çalışan adamlardan daha çox xidmət edirəm.
Bunu isbat eləməyə hazıram. Mart ayının 10-da Heydər Əliyev mərkəzində baş tutan kino ilə bağlı tədbirə dəvət olunmuşam, bu adam deyib ki, Hikmət orda olmalı deyil. Mənim onunla ədavətim var. Bu məsələni də sübut eləməyə hazıram.
Onu qeyd edim ki, mən, ümumiyyətlə, elə tədbirlərə gedən adam deyiləm. Elə yerlərə getmək, boş-boş danışıqlara qulaq asmaq, zənnimcə, vaxt itkisidir. Sadəcə, əməkdaşınıza deyin ki, onlardan əvvəlkilər əlli-ayaqli getdilər, bunlardan sonrakıları belə tarix "fuflo" kimi xatırlayacaq.
Çünki o binada Azərbaycan kinosu heç kimə maraqlı deyil. O xanımdır, bir zəhmət, ona deyin, getsin, tayını tapsın, ədavətini onlarla aparsın.
Əziz Adil müəllim, həqiqətən, insan kimi mənim üçün dəyərlisiniz və mənə etdiyiniz köməkliyi unutsam, nadan olaram. Amma sizdən xahiş və tələb edirəm, bunlar nə qədər sizi pis vəziyyətdə qoymayıblar, yola salın...getsinlər. Bu adamların Azərbaycan kinosu ilə yaxından və uzaqdan heç bir əlaqəsi yoxdur..." (musavat.com)
Bizim.Media