UEFA Avropa Liqası ilk 1/4 finalçısının adı müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, "Latsio", "Bodo/Qlimt", "Ayntraxt" və "Atletik" 1/8 final mərhələsini uğurla keçiblər.
Növbəti mərhələyə yüksələnlər arasında azərbaycanlı futbol həvəskarları arasında "Bodo/Qlimt" diqqət çəkir. Norveç təmsilçisi Avropa Liqasının əsas mərhələsində "Qarabağ"la üz-üzə gəlmişdi. Qurban Qurbanovun yetirmələri yeganə qələbəni məhz "Bodo/Qlimt" üzərində qazanmışdılar - 2:1. Ancaq səfərdə əldə edilən bu uğur əsas mərhələni keçmək üçün kifayət etməmişdi.
1/8 final mərhələsinin qalan 4 görüşü bu gecə Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.
Avropa Liqası, 1/8 final, cavab görüşləri
21:45 “Latsio” (İtaliya) - “Viktoriya” (Çexiya) 1:1
İlk oyun - 2:1
21:45 “Olimpiakos” (Yunanıstan) - “Bodo/Qlimt” (Norveç) 2:1
İlk oyun - 0:3
21:45 “Ayntraxt” (Almaniya) - “Ayaks” (Niderland) 4:1
İlk oyun - 2:1
21:45 “Atletik” (İspaniya) - “Roma” (İtaliya) 3:1
İlk oyun - 1:2