UEFA Avropa Liqası 1/4 final mərhələsinin ilk 4 iştirakçısının adı müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, "Latsio", "Bodo/Qlimt", "Ayntraxt" və "Atletik" 1/8 final mərhələsini uğurla keçiblər.

Növbəti mərhələyə yüksələnlər arasında azərbaycanlı futbol həvəskarları arasında "Bodo/Qlimt" diqqət çəkir. Norveç təmsilçisi Avropa Liqasının əsas mərhələsində "Qarabağ"la üz-üzə gəlmişdi. Qurban Qurbanovun yetirmələri yeganə qələbəni məhz "Bodo/Qlimt" üzərində qazanmışdılar - 2:1. Ancaq səfərdə əldə edilən bu uğur əsas mərhələni keçmək üçün kifayət etməmişdi.

"Bodo/Qlimt" bundan öncə Niderlandın "Tvente" komandasını mübarizədən kənarlaşdırmışdı - 1:2; 5:2.

Beləliklə, "Bodo/Qlimt" Norveç klubları arasında Avropa Liqasının 1/4 finalına çıxan ilk komanda olub.

Avropa Liqası, 1/8 final, cavab görüşləri

21:45 “Latsio” (İtaliya) - “Viktoriya” (Çexiya) 1:1

İlk oyun - 2:1

21:45 “Olimpiakos” (Yunanıstan) - “Bodo/Qlimt” (Norveç) 2:1

İlk oyun - 0:3

21:45 “Ayntraxt” (Almaniya) - “Ayaks” (Niderland) 4:1

İlk oyun - 2:1

21:45 “Atletik” (İspaniya) - “Roma” (İtaliya) 3:1

İlk oyun - 1:2