Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 27-ci turuna start veriləcək.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.
Turun açılış matçında “Araz-Naxçıvan” “Şamaxı”nı qəbul edəcək. Mərdəkanda təşkil olunacaq qarşılaşmanı Rauf Cabbarov idarə edəcək.
Bu, sözügedən komandaların milli çempionatdakı 7-ci qarşılaşması olacaq. Əvvəlki 6 oyunda heç-heçə qeydə alınmayıb. “Araz-Naxçıvan” 4, “Şamaxı” 2 qələbə qazanıb. “Araz-Naxçıvan” bütün ev oyunlarında quru hesabla qalib gəlib. Texniki nəticə nəzərə alınmasa, son 4 matçda Naxçıvan təmsilçisi qələbə qazanıb.
Kubok oyunlarını nəzərə almasaq, “Araz-Naxçıvan” Premyer Liqada 6 oyundur qələbə üzünə həsrətdir. Elmar Baxşıyevin komandası bu görüşlərdə 4 heç-heçə, 2 məğlubiyyət görüb. “Şamaxı” isə son iki oyunundan qalib ayrılmaqla Premyer Liqada qalmaq yolunda önəmli addımlar atıb. Naxçıvan təmsilçisi hazırda 46 xalla üçüncü, “Şamaxı” isə 27 xalla 7-ci pillədə qərarlaşıb.
Premyer Liqa
27-ci tur
14 mart
“Araz-Naxçıvan” – “Şamaxı”
Hakimlər: Rauf Cabbarov, Eyyub İbrahimov, Şirmamed Mamedov, Kamran Əliyev.
VAR: İnqilab Məmmədov.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Mərdəkan. “Dalğa Arena”, 19:00.
15 mart
“Kəpəz” – “Qarabağ”
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Rəvan Həmzəzadə.
VAR: Cavid Cəlilov.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Tovuz şəhər stadionu, 17:00.
“Sabah” – “Zirə”
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Teymur Teymurov, Əli Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
“Masazır Arena”, 19:30.
16 mart
“Səbail” – “Neftçi”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov.
VAR: Rauf Allahverdiyev.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
“Bayıl Arena”, 16:00.
“Turan Tovuz” – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Müslüm Əliyev, Kamranbəy Rəhimov.
VAR: Kamal Umudlu.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Tovuz şəhər stadionu, 18:30.