AZ

Evdən 7 min manat dəyərində qızıl götürməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Samuxda evdən 7 min manat dəyərində qızıl götürməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Martın 8-də Samux Rayon Polis Şöbəsinə rayonun Çobanabdallı kəndində bir qrup naməlum şəxsin evlərdən birindən 7 min manat dəyərində qızıl-zinət əşyalarını və 3522 manat nağd pulu quldurluq yolu ilə talaması barədə məlumat daxil olub.

Operativ Media  DİN-in mətbaut xidmətinin məlumatına istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, 33 yaşlı İsmət Hüseynov, 23 yaşlı Ülvi Hüseynov, 24 yaşlı Rafiq Rzayev, 36 yaşlı Bəhruz Yusifov və 28 yaşlı Toğrul Salahlı maddi sübutlarla birlikdə saxlanılıblar.

Fakta görə cinayət işi başlanıb. İstintaq hərəkətləri aparılır.

Seçilən
15
11
operativmedia.az

10Mənbələr