AZ

Samuxda quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Martın 8-də Samux Rayon Polis Şöbəsinə rayonun Çobanabdallı kəndində bir qrup naməlum şəxsin evlərdən birindən 7 000 manat dəyərində qızıl-zinət əşyalarını və 3 522 manat nağd pulu quldurluq yolu ilə talaması barədə məlumat daxil olub.
Oxu.Az-ın məlumatına görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, 33 yaşlı İsmət Hüseynov, 23 yaşlı Ülvi Hüseynov, 24 yaşlı Rafiq Rzayev, 36 yaşlı Bəhruz Yusifov və 28 yaşlı Toğrul Salahlı maddi sübutlarla birlikdə saxlanılıblar.
Fakta görə cinayət işi başlanıb. İstintaq hərəkətləri aparılır.
Seçilən
13
1
oxu.az

10Mənbələr