AZ

Daha 65 min hektar ərazi minalardan təmizlənəcək

"İşğaldan azad olunmuş ərazilərdə geniş minatəmizləmə işləri aparılmışdır. 2024-cü ildə 62 min hektar, ümumilikdə isə işğaldan azad edilmiş ərazilərdə 180 min hektara yaxın ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib". "Olaylar"ın xəbərinə görə, bunu Milli Məclisdə Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatını təqdimatı zamanı Baş nazir Əli Əsədov bildirib. Qeyd edilib ki, 2025-ci ildə 65 min hektardan artıq ərazinin minalardan təmizlənməsi planlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
19
2
olaylar.az

6Mənbələr