İşğaldan azad olunmuş ərazilərdə geniş minatəmizləmə işləri aparılıb. 2024-cü ildə 62 min hektar, ümumilikdə isə işğaldan azad edilmiş ərazilərdə 180 min hektara yaxın ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib.
Xezerxeber.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin martın 14-də keçirilən iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatının təqdimatı zamanı deyib.
Baş nazir bildirib ki, 2025-ci ildə 65 min hektardan artıq ərazinin minalardan təmizlənməsi planlaşdırılır.
11:12
Hökumət Milli Məclisdə hesabat verir.
Xezerxeber.az xəbər verir ki, parlamentin bugünkü plenar iclasında Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti müzakirə ediləcək.
Baş nazir Əli Əsədov hesabatı təqdim edir.