Türkiyənin məşhur müğənnisi Mahsun Kırmızıgülün ögey anası Zühre Bazencir dünyasını dəyişib.Missiya.Az xəbər verir ki, bu haqda sənətçi sosial şəbəkə hesabında bildirib.
“Bu gün Zühre Bazencir anamızın vəfat xəbərini aldım, ürəyim ağrıdı. Ardıcıl itkilər insanın ürəyini parçalayır. O, məni çox sevirdi, həmişə dualarına qatırdı. Ögey övlad olsam da, məni övladlarından ayırmazdı. Onun sevgisini, duasını hər zaman ürəyimdə daşıyacağam. Ananı itirmək, başqa bir acıdır... Qardaşım Yusufa başsağlığı verirəm”, - deyə Mahsun yazıb.
Xatıradaq ki, ifaçının anası Faika Bazencir isə ötən ilin dekabrında 99 yaşında vəfat edib.
Zərintac MayisqızıMissiya.Az