“Cənab Prezident İlham Əliyevin öz çıxışında qeyd etdiyi kimi, ölkələrimiz arasında bu günə qədər ticari-iqtisadi sahədə o qədər böyük nəticələr əldə edilməyib. Lakin Şimali Makedoniya Prezidentinin ölkəmizə rəsmi səfərindən sonra bu boşluğun doldurulması üçün yeni perspektivlər yaranıb. Dövlətimizin başçısının bəyanatında iki ölkənin energetika sahəsində əməkdaşlığa başlaması son ayların müsbət əlaməti kimi qeyd olundu. Azərbaycan qazı artıq keçən ilin sonlarında Şimali Makedoniyanın bazarına çatdırılmışdır. Gələcəkdə Azərbaycan lazım olan həcmdə qaz təchizatını artıra bilər. Çünki ölkəmiz bu gün yeni qaz yataqlarının istismara verilməsi istiqamətində fəal iş aparır. Hazırda Azərbaycan Avrasiya məkanında 12 ölkəyə təbii qaz ixrac edir. Onlardan 10-ubilavasitə Avropa ölkəsidir. Azərbaycan keçən il xaricə 25 milyard kubmetr qaz ixrac etmişdir. Bununla belə, qaz təchizatının coğrafiyasının genişləndirilməsi də gündəlikdə duran məsələdir. Avropa Azərbaycan qazına ehtiyac duyur və bu gün Azərbaycan qazı bir çox Avropa ölkəsinin enerji təhlükəsizliyini təmin edir. Energetika sahəsində ikitərəfli formatda əməkdaşlıq ölkəmiz üçün çox önəmlidir və bu praktikiişbirliyidigər sahələrdə də əməkdaşlığa yol açacaq”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta