AZ

“Azərbaycan Avropa ölkələri ilə əlaqələri genişləndirir”

"Bu gün Azərbaycanın xarici əlaqələrinin coğrafiyasında cənub-şərqi Avropa və Balkan yarımadası ölkələri xüsusi yer tutur. Şimali Makedoniya ilə Azərbaycanın əlaqələri isə getdikcə daha yüksək dinamika ilə inkişaf edir".

Publika.az cxəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib ki, bu baxımdan martın 11-də Şimali Makedoniya Respublikasının Prezidenti xanım Qordana Silyanovska-Davkovanın ölkəmizə rəsmi səfəri böyük əhəmiyyət kəsb edir. "Məlum olduğu kimi, keçirdikləri təkbətək və geniş tərkibdə görüşlərdən sonra hər iki ölkənin dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər. Cənab Prezident İlham Əliyev öz çıxışında bildirib ki, Azərbaycan və Şimali Makedoniya arasında konstruktiv siyasi dialoq mövcuddur. Hazırda Azərbaycan ilə Şimali Makedoniya ikitərəfli münasibətlərin inkişafı üçün fəal iş aparırlar. Qeyd olundu ki, siyasi əlaqələrin daha da inkişafı üçün əlavə tədbirlər görülməlidir. Eyni zamanda, iqtisadi sahədə, sərmayə qoyuluşu sahəsində imkanlar araşdırılmalıdır".

K.Qafarov Azərbaycan ilə Şimali Makedoniyanın energetika sahəsində əməkdaşlığa başlamalarını qarşılıqlı münasibətlərin inkişafı üçün möhkəm zəmin olduğunu vurğulayıb:

Seçilən
14
17
publika.az

10Mənbələr