AFFA İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında yeni mövsüm Premyer Liqaya yüksələcək 3 klubla bağlı müzakirə aparılıb.
QOL.az xəbər verir ki, AFFA-nın baş katibi Cahangir Fərəcullayev və Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov 2025-2026-cı illər mövsümü üçün Premyer Liqaya yüksəlməyə namizəd olan klubların infrastrukturu, maddi-texniki bazası, stadionlarda olan mövcud çatışmazlıqlar haqqında məlumat veriblər.
AFFA İcraiyyə Komitəsi tərəfindən 2025-2026-cı illər mövsümündə Azərbaycan Premyer Liqasında komanda sayının artırılması ilə əlaqədar Premyer Liqaya yüksələcək klublara infrastruktur, inzibati və digər sahələrdəki çatışmazlıqları aradan qaldırmaq üçün 1 illik möhlət verilib. Bu xüsusi qayda yalnız bu il Premyer Liqaya yüksələcək komandalara şamil ediləcək.