AFFA 2025/26 mövsümündə Misli Premyer Liqasına yüksələcək klublara rəsmən möhlət verib.

Offsideplus.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, bununla bağlı AFFA İcraiyyə Komitəsinin bu gün keçirilən iclasnda qərar qəbul olunub.  

İclasd əvvəlcə AFFA-nın baş katibi Cahangir Fərəcullayev və Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov Premyer Liqaya yüksəlməyə namizəd olan klubların infrastrukturu, maddi-texniki bazası və stadionlarda olan mövcud çatışmazlıqlar haqqında məlumat veriblər.

AFFA İcraiyyə Komitəsi Premyer Liqaya yüksələcək klublara infrastruktur, inzibati və digər sahələrdəki çatışmazlıqları aradan qaldırmaq üçün 1 illik möhlət verilib. Bu xüsusi qayda yalnız bu il Premyer Liqaya yüksələcək komandalara şamil ediləcək.

Qeyd edək ki, Premyer Liqaya yüksəlməyə ən real namizədlər "Qəbələ", "İmişli" və "Karvan" klublarıdır.