Türkiyə ilə münasibətlərin normallaşması prosesi davam edir. Diplomatik əlaqələr qurmaqla yanaşı, əsas məqamlar sərhədlərin açılması və nəqliyyat infrastrukturlarımızın işə salınmasıdır.
Missiya.Az erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan martın 14-də Milli Assambleyadakı cışışında bildirib.
“Gümrü-Qars dəmir yolunun işə salınması həyati əhəmiyyət kəsb edir və Qara dənizə, Fars körfəzinə qədər bütün nəqliyyat daşımalarında əsas rol oynaya bilər. Bizim müəyyən razılaşmalarımız var, məsələn, Anidəki tarixi körpünün birgə bərpasına razılaşdıq”, - Mirzoyan bildirib.
Onun sözlərinə görə, hələ də icra olunmayan sazişlər var, məsələn, üçüncü ölkə vətəndaşlarının sərhəddən sərbəst keçməsi, bu sərhədin diplomatik pasportu olan Ermənistan və Türkiyə vətəndaşları üçün açılması. “Fevralın 28-dən etibarən Ermənistan-Türkiyə dövlət sərhədində artıq hökumətin qərarı ilə təmir olunmuş Marqara buraxılış məntəqəsində sərhəd xidməti müstəsna olaraq Ermənistan Respublikasının sərhəd qoşunları tərəfindən həyata keçirilir. Martın 1-dən etibarən respublikanın sərhəd qoşunları Ermənistan Respublikasının bütün sərhəd-keçid məntəqələrində xidmət göstərir. Fürsətdən istifadə edərək, Rusiya Federasiyasına və tərəfdaşlarımıza indiyədək bu xidməti göstərdiklərinə görə təşəkkür etmək istərdim”, - deyə XİN rəhbəri yekunlaşdırıb.
Elcan
Missiya.Az