Türkiyə ilə münasibətlərin normallaşması prosesi davam edir. Diplomatik əlaqələr qurmaqla yanaşı, əsas məqamlar sərhədlərin açılması və nəqliyyat infrastrukturlarımızın işə salınmasıdır.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan martın 14-də Milli Assambleyada bildirib.
“Gümrü-Qars dəmir yolunun işə salınması həyati əhəmiyyət kəsb edir və Qara dənizə, Fars körfəzinə qədər bütün nəqliyyat daşımalarında əsas rol oynaya bilər. Bizim müəyyən razılaşmalarımız var, məsələn, Anidəki tarixi körpünün birgə bərpasına razılaşdıq”, - Mirzoyan bildirib.
Onun sözlərinə görə, hələ də icra olunmayan sazişlər var, məsələn, üçüncü ölkə vətəndaşlarının sərhəddən sərbəst keçməsi, bu sərhədin diplomatik pasportu olan Ermənistan və Türkiyə vətəndaşları üçün açılması.