AZ

Ov qaydalarını pozan şəxslər cəzalandırıldı

Ov qaydalarını pozan 67 yerli və 8 xarici ölkə vətəndaşı 82 min manat cərimələnib.
Bu barədə Manset.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat verib. Qanunsuz ov hallarının qarşısının alınması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik və Bioloji Müxtəlifliyin Qorunması  Xidmətləri tərəfindən yanvar-fevral ayları ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri Pirallahı, Qaradağ, Suraxanı rayonlarının, Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev, Abşeron rayonu Məmmədli, Xızı rayonu Yaşma, Neftçala rayonu Dördlər, Qağalı, Şirvanlı, Xaçmaz rayonu Tikanoba, Niyazoba, Xəzərli, İmişli rayonu Məmmədli,  İsmayıllı rayonu Ağbulaq, Sabirabad və Şəmkir rayonları ərazisində, həmçinin Mahmudçala, Zəvvar, Qırmızıkənd, Varvara, Sarısu ovçuluq təsərrüfatlarında ov qaydalarının pozulması faktları aşkar edilib.

Faktlarla bağlı akt, protokol tərtib edilib.

Seçilən
28
20
manset.az

10Mənbələr